Modern.az

"Finalda mənə qarşı haqsızlıq oldu” - Hacı Əliyev

Aktual

12 Avqust 2021, 14:05

Tokio Olimpiadasında medal qazandığım üçün çox sevinirəm. Qızıl medal qazanmağıma az qalmışdı, lakin əsas odur ki, ölkəmizə medalsız qayıtmadım.

 

Modern.az xəbər verir ki, bunu “Tokio-2020” XXXII Yay Oyunlarında gümüş medal qazanan Azərbaycan güləşçisi Hacı Əliyev deyib.

 

H.Əliyev onu dəstəkləyən hər bir şəxsə minnətdarlığını bildirib:

 

"Bu uğurlarımda çox insanın payı var. Onların hər birinə təşəkkür edirəm. Yaponiyalı Takuto Otoquroya qarşı final görüşündə hakim qərəzli yanaşma nümayiş etdirdi, mənə qarşı müəyyən qədər haqsızlıq oldu. Bu barədə yaxın vaxtlarda mediada ətraflı məlumat verəcəyəm. Tokio Olimpiadasındakı uğur münasibətilə xalqımızı təbrik edirəm. Bu, hamımızın uğurudur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir