Modern.az

“Koronavirus sonsuzluq yaradır” - Həkimdən xəbərdarlıq

“Koronavirus sonsuzluq yaradır” - Həkimdən xəbərdarlıq

Aktual

12 Avqust 2021, 15:24

İki ilə yaxındır koronavirus dünyada yayılıb, artıq müəyyən statistikalar hazırlanıb.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov deyib.

 

O bildirib ki, Çində araşdırma statistikasına görə, virusdan ölən xəstələrin 32 faizində kəskin böyrək çatışmazlığı olub.

 

"Virusa yoluxanların 3-10 faizində ani böyrək çatışmazlığı yarana bilir. Şəkərli diabet xəstələrində böyrəklərin çox hissəsi sıradan çıxır, COVID də buna təsir edir. Eyni zamanda, piylənmədən əziyyət çəkə insanlar da böyrəklə bağlı risk qrupundadır. İnsanların xəbəri olmadan bəzilərində uroloji və onkoloji xəstəliklər var. COVID zamanı qanaxma ola bilər, bu zaman xəstənin uroloji və ya onkoloji xəstəkliyi olduğunu da üzə çıxara bilir. Koronavirus sonsuzluq belə yarada bilir”, - deyə həkim vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı