Modern.az

Tovuzdakı yanğın söndürüldü

Tovuzdakı yanğın söndürüldü

Aktual

12 Avqust 2021, 18:10

Tovuz rayonu, Yanıqlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.

 

FHN-dən Modern.az-a verilən məlumata görə, yanğın zamanı 4 ha sahədə qaratikan kolları və quru ot yanıb.

 

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin şəxsi heyəti (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.

 

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir