Modern.az

Türkiyədə bütün meşə yanğınları nəzarətə alındı

Türkiyədə bütün meşə yanğınları nəzarətə alındı

Aktual

12 Avqust 2021, 18:39

Türkiyədə iyul ayının sonunda başlamış meşə yanğınlarının hamısı nəzarət altına alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin kənd və meşə təsərrüfatı naziri Bəkir Pakdemirli "Twitter" səhifəsində yazıb.

 

Onun sözlərinə görə, iyulun 28-dən etibarən Türkiyədə qeydə alınmış 299 meşə yanğınının hamısı söndürülüb. Hazırda torpağın soyudulması işləri aparılır.

 

Qeyd edək ki, meşə yanğınlarının söndürülməsi üçün 5200-dən çox canlı qüvvə, 12 təyyarə, 66 helikopter, 9 PUA və 1200-dən çox texnika cəlb olunub.

Sizə yeni x var
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir