Modern.az

Eldəniz Səlimov 8 nəfərlik kamerada saxlanılır - Vəkil

Eldəniz Səlimov 8 nəfərlik kamerada saxlanılır - Vəkil

Aktual

12 Avqust 2021, 19:00

Milli Məclisin deputatı Eldəniz Səlimov Bakı İstintaq Təcridxanasında 8 nəfərlik kamerada saxlanılır.

 

Modern.az xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov "Facebook" hesabında paylaşım edib.

 

“Dünən Bakı İstintaq Təcridxanasında Razi Hümbətovla görüşdüm. Yaxşıdır, bütün dostlara salamları vardır. Saxlanma şəraitinə gəldikdə deyə bilərəm ki, kamerada səkkiz nəfər var. Kamera yoldaşlarından biri də deputat Eldəniz Səlimovdur”. 

 

Qeyd edək ki, Razi Hümbətov “Müsəlman Birliyi” hərəkatının üzvüdür. 

 

Xatırladaq ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.


Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

 

Milli Məclisin avqustun 3-də keçirilən növbədənkənar sessiyasının iclasında E.Səlimovun deputat toxunulmazlığına xitam verilib. Həmin gün Binəqədi Rayon Məhkəməsi onun barəsində 3 ay həbs qətimkan tədbiri seçib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir