Modern.az

Moskvadan Naxçıvana aviareys açıldı

Moskvadan Naxçıvana aviareys açıldı

Aktual

12 Avqust 2021, 19:55

Rusiyanın paytaxtı Moskvadan Azərbaycanın Naxçıvan şəhərinə beynəlxalq aviarays açılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Naxçıvan Beynəlxalq Hava Limanı məlumat yayıb.

 

Bildirilib ki, avqustun 12-də Rusiyanın İRAERO aviaşirkəti tərəfindən Moskva-Naxçıvan-Moskva istiqaməti üzrə ilk reys həyata keçirilib.

 

Qeyd edək ki, Moskva-Naxçıvan-Moskva aviareysinə biletin qiyməti 430 manat, uçuş müddəti 3 saatdır.

 

Xatırladaq ki, İRAERO aviaşirkəti gələcəkdə Naxçıvan-Gəncə-Naxçıvan istiqamətində də uçuş həyata keçirməyi planlaşdırır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir