Türkiyənin “Qalatasaray” klubu Avropa Liqasında III təsnifat mərhələsində “Sent Conston”la cavab oyununu keçirib.
Modern.az xəbər verir ki, İstanbulda 1:1 hesablı heç-heçəylə kifayətlənən komanda rəqib meydanında inamlı qələbə qazanıb.
4:2 hesabı ilə qalib gələn “Qalatasaray”ın qollarına Mbaye Diaqne, Muhammet Akturkoğlu, Sofian Fequli və Emre Kılınc imza atıblar.
Avropa Liqasının pley-offuna yüksələn “Qalatasaray” bu raundda Danimarka təmsilçisi “Randers”lə qarşılaşacaq. Türkiyəlilər öncə səfərdə, sonra evdə meydana çıxacaq.
Qeyd edək ki, pley-offun oyunları avqustun 19-da və 26-da keçiriləcək.