Modern.az

Finlandiya azərbaycanlıları “Neftçi”yə dəstək olublar

Finlandiya azərbaycanlıları “Neftçi”yə dəstək olublar

Aktual

13 Avqust 2021, 11:34

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Finlandiyada yaşayan azərbaycanlılar “HİK” – “Neftçi” futbol klublarının görüşünü izləyiblər.

 

Diaspora Komitəsindən Modern.az-a verilən məlumata görə, Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində Helsinki şəhərinin “Bolt Arena” stadionunda keçirilən oyun zamanı həmvətənlərimiz üçrəngli bayraqlarımızı dalğalandırıb, "Azərbaycan", "Neftçi" və sair şüarları səsləndiriblər.

 

Görüşdən sonra milli komandanın azarkeşləri mübarizəni UEFA Konfrans Liqasının “play-off” mərhələsində davam etdirəcək “Neftçi”yə müvəffəqiyyətlər arzulayıblar.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İlham Əliyev Türkiyəyə getməyəcək - Səbəblər açıqlandı