Modern.az

Qubada fəhlə faciəvi şəkildə öldü

Qubada fəhlə faciəvi şəkildə öldü

Aktual

13 Avqust 2021, 15:16

Avqustun 12-si saat 17:00 radələrində Quba rayon sakini 1967-ci il təvəllüdlü Elman Abbasovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Quba rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, Elman Abbasov fəhlə işlədiyi Quba şəhərində yerləşən “Şaving İnşaat” MMC-yə məxsus torpaq sahəsində tikilməkdə olan “xeyir-şər evi”nin inşası zamanı yükqaldırıcının mexanizminin pozulması nəticəsində hündürlükdən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İlham Əliyev Türkiyəyə getməyəcək - Səbəblər açıqlandı