Modern.az

Türkiyənin üç əyaləti təbii fəlakət zonası elan edildi 

 Türkiyənin üç əyaləti təbii fəlakət zonası elan edildi 

Aktual

13 Avqust 2021, 16:10

Türkiyənin Kastamonu, Bartın və Sinop əyaləti təbii fəlakət zonası edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vətəndaşlara müraciətində deyib. 

 

“Bu günə qədər zəlzələdən selə və yanğınadək yaşadığımız hər hadisədə Türkiyədə heç kimsənin sahibsiz olmadığını dosta da, düşmənə də göstərdik”, -deyə Ərdoğan vurğulayıb.

 

Türkiyə lideri hazırda bir pilotsuz uçan aparat, 19 helikopter, çox sayda ağır texnika, Qızıl Aypara və ölkənin Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) əməkdaşları, eləcə də polis, jandarma, Türkiyə Silahlı Qüvvələrinin əsgərləri daxil olmaqla ölkənin bütün imkanlarının seldən zərər çəkən ərazilərdə axtarış-xilasetmə işlərinə cəlb edildiyini qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir