Modern.az

Apteklərə hansı qurumların nəzarət etdiyi bilindi

Apteklərə hansı qurumların nəzarət etdiyi bilindi

Aktual

13 Avqust 2021, 17:07

“Hazırda Azərbaycanda pərakəndə satış aptekləri mövcuddur. Dövlət xəstəxanalarında xəstəxana daxilində apteklər və xəstəxanada xidmət göstərən imtiyazlı apteklər var".

 

Modern.az xəbər verir ki, bunu Dərman və Tibb Vasitələri Departamentinin rəhbəri Elmin Quliyev bildirib.

 

 

Onun sözlərinə görə, dövlət xəstəxanalarında xəstəxana daxilindəki apteklər və orada xidmət göstərən imtiyazlı apteklərin fəaliyyətinə TƏBİB və qurumun müvafiq Dərman və tibb vasitələri departamentinin əczaçılıq xidmətləri şöbəsi nəzarət edir:

 

"Pərakəndə satış aptekləri, özəl apteklərə və yaxud hər hansı şirkət apteklərinə isə Səhiyyə Nazirliyi və Nazirliyin alt qurumu olan Analitik Ekspertiza Mərkəzi nəzarət edir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir