Modern.az

Hərbçilərimiz Türkiyədə “Dağ komando kursu” keçdilər

Hərbçilərimiz Türkiyədə “Dağ komando kursu” keçdilər

Aktual

13 Avqust 2021, 18:04

Türkiyənin İsparta şəhərində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında iyulun 20-də start götürən “Dağ komando kursu”nda Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları iştirak ediblər.

 

Modern.az xəbər verir ki, bu gün Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında Azərbaycan Ordusunun hərbi qulluqçularının buraxılış mərasimi keçirilib.

 

Mərasimdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı hərbi attaşesi, polkovnik Müşfiq Məmmədov iştirak edib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İlham Əliyev Türkiyəyə getməyəcək - Səbəblər açıqlandı