Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə istifadə edilən “Pfizer” peyvəndi müsbət 2-8 dərəcəlik şəraitdə saxlanıla bilər.
Modern.az xəbər verir ki, bunu TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev deyib.
Onun sözlərinə görə, “Pfizer” vaksini belə şəraitdə yalnız 31 gün saxlanıla bilər:
“Almaniya istehsalı olan “Pfizer” peyvəndi 5 gün termokonteynerdə qala bilir. Beş gündən sonra termokonteynerdə olan peyvəndlər mənfi 60-80 dərəcəlik soyuduculara boşaldılır. Vaksini maksimum 3-5 dəqiqə ərzində boşaltmaq lazımdır. Onu da qeyd edim ki, “Pfizer” vaksini ultra soyuq zəncir tələb etdiyi üçün mənfi 60-80 dərəcə temperatur şəraitində 6 ay saxlanıla bilər. Lakin “Pfizer” peyvəndinin müsbət 2-8 dərəcədə də saxlanıla bilməsi elmi araşdırmalar nəticəsində təsdiq edilib. Həmin vaksin müsbət 2-8 dərəcədə 31 gündən çox saxlanıla bilməz”.