Modern.az

Çimərlikdə 6 nəfəri ildırım vurdu

Çimərlikdə 6 nəfəri ildırım vurdu

Aktual

13 Avqust 2021, 18:36

ABŞ-ın Nyu-York şəhərində çimərlikdə ildırım vurması nəticəsində 6 nəfər xəsarət alıb.

 

Modern.az-ın məlumatına görə, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

 

Qeyd olunur ki, insanlar çimərlikdə olarkən, qasırğa xəbərdarlığı verilib. Çimərlik işçiləri sakinləri oradan təxliyə edib.

 

Xəsarət alanlar arasında yeniyetmələr də var. Onlardan birinin ürəyinin dayandığı bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!