Modern.az

Cavanşir Quliyevə orden təqdim edildi - FOTOLAR

Cavanşir Quliyevə orden təqdim edildi - FOTOLAR

Aktual

13 Avqust 2021, 20:44

Dədə Qorqud Fondu Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Cavanşir Quliyevə “Vətən Övladı” ordenini təqdim edib.

 

Modern.az xəbər verir ki, bəstəkar bu mükafata Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri, musiqimizin tanınması və inkişafına vetdiyi misilsiz töhfələrə görə layiq görülüb.

 

Onun bəstələri bu günə qədər nəinki Azərbaycanda, Avropanın çeşidli ölkələrində də tanınaraq musiqisevərlərin rəğbətini qazanıb. Bəstəkarın vətənə, türk dünyasına olan sevgisi görkəmli rəssam, Dədə Qorqud Fondunun İdarə Heyətinin üzvü Sakit Məmmədovun da dediyi kimi, əsərlərinin hər misrasından aydın şəkildə duyulur. 

 

Qeyd edək ki, Cavanşir Quliyev 70 illik yubileyi münasibətilə bu ordenlə təltif edilib.

Sizə yeni x var
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir