Modern.az

Erməni nazirin oğlu qəza törətdi

Erməni nazirin oğlu qəza törətdi

Aktual

13 Avqust 2021, 22:40

Ermənistanın təhsil, elm, idman və mədəniyyət naziri Vahram Dumanyanın oğlu Gevorq Dumanyan Yerevanda qəza törədib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

 

Axşam saatlarında baş verən qəza zamanı Dumanyanın “Mercedes” markalı avtomobili “Toyota” və “BMW” markalı avtomobillərlə toqquşub.

 

Qəza nəticəsində ölən və yaralanan olmayıb.

 

Maraqlısı budur ki, erməni nazirin qəza törədən oğlu hazırda Ermənistan ordusunda xidmətdə olmalı idi. Onun hərbi hissədən necə kənara çıxdığı məlum deyil.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir