Modern.az

Şəhriyar Məmmədyarov bu dəfə 7-ci oldu

Şəhriyar Məmmədyarov bu dəfə 7-ci oldu

Aktual

14 Avqust 2021, 08:16

ABŞ-ın Sent-Luis şəhərində "Grand Chess Tour" şahmat seriyasının dördüncü mərhələsi - "Saint Louis Rapid and Blitz 2021" turniri davam edir.

 

Modern.az xəbər verir ki, Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov rapid turnirinin son 3 turunda mübarizə aparıb. Şahmatçımız 7-ci turda ABŞ təmsilçisi Uesli So ilə heç-heçə edib, onun həmyerlisi Fabiano Karuanaya isə 8-ci turda uduzub. Doqquzuncu turda macarıstanlı Riçard Rapportla heç-heçə edən şahmatçımız 8 xalla 7-ci olub.

 

ABŞ-ın digər təmsilçisi Hikaru Nakamura 12 xalla birinci yerdə qərarlaşıb.

 

Qeyd edək ki, turnir 9 rapid və 18 blits turdan ibarətdir. Mərhələnin mükafat fondu 150 min ABŞ dolları təşkil edir.

 

Ş.Məmmədyarov seriyanın birinci mərhələsi "Superbet Chess Classic Romania"ın qalibi olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir