Dünyada koronavirusa yoluxanların sayı artmaqda davam edir.
Modern.az Worldometers.info-ya istinadən xəbər verir ki, dünya ölkələri üzrə virusa yoluxma sayı 206 milyon, 974 min 880 nəfərə çatıb.
Bu günə qədər 4 milyon 358 min 471 nəfər pandemiyanın qurbanı olub, 185 milyon 599 min 212 pasiyent sağalıb.
Hazırda 103 min 439 koronavirus xəstəsinin vəziyyəti ağır qiymətləndirilir.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.