2021-ci ilin yanvar-iyul aylarında Azərbaycan vətəndaşları Türkiyədə 720 daşınmaz əmlak obyekti satın alıblar. Bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 174 obyekt çoxdur.
Bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanı məlumat yayıb.
Qeyd olunub ki, 2021-ci ilin iyul ayında Azərbaycan vətəndaşları Türkiyədə 127 daşınmaz əmlak obyekti alıblar ki, bu da 2020-cu ilin iyunundan 12 obyekt çoxdur.
Bundan əlavə, 2021-ci ilin iyul ayında Türkiyədə 107 785 əmlak satılıb, bu rəqəmlər 2020-ci ilin eyni dövrü ilə müqayisədə 53 faiz azdır.