Modern.az

Şadlıq sarayının sahibi 4 min manat cərimələndi

Şadlıq sarayının sahibi 4 min manat cərimələndi

Aktual

14 Avqust 2021, 10:33

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qaydalara riayət edilməsi məqsədilə şadlıq saraylarında keçirilən yoxlamalar zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkarlanıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, şəhər ərazisində yerləşən “Bəyaz Palace” şadlıq sarayında təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az”portalında qeydiyyatdan keçirilmədiyi müəyyən edilib.

 

Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektin sahibi Şəfi Bəkdəmirov inzibati məsuliyyətə cəlb olunaraq 4 min manat məbləğində cərimələnib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir