Kəlbəcərdə avtomobil qəzası zamanı həlak olan hərbi qulluqçularımız dəfn olunub.
Modern.az-ın məlumatına görə, yol-nəqliyyat hadisəsi nəticəsində həlak olmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Cəfərov Anar Müstəqim oğlu Yevlax rayon Gülövşə kəndində, leytenant Həsənli Eldar Müşfiq oğlu isə Yevlax rayonu, Salahlı kəndində dəfn edilib.
Allah rəhmət eləsin!
Qeyd edək ki, avqustun 13-ü axşam saatlarında Kəlbəcər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hadisə nəticəsində hərbi qulluqçular - leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu həlak olub.