Modern.az

Rusiyanın amfibiya təyyarəsi Türkiyədə qəzaya uğradı - YENİLƏNİB

Rusiyanın amfibiya təyyarəsi Türkiyədə qəzaya uğradı - YENİLƏNİB

Aktual

14 Avqust 2021, 17:23

Türkiyənin Kahramanmaraş şəhərində meşə yanğınlarının söndürülməsi zamanı qəzaya uğrayan təyyarə Rusiyaya məxsus olub.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəzaya düşən “BE-200” amfibiya təyyarəsində 8 nəfər olub. Onlardan 5-i Rusiya, 3-ü isə Türkiyə vətəndaşıdır.

 

Rusiya hadisənin səbəbini araşdırmaq üçün əraziyə komissiya göndərəcək.

 

***

16:25

Türkiyənin Kahramanmaraş vilayətində meşə yanğınlarını söndürən təyyarə qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, təyyarə Türkiyə Meşəçilik Baş İdarəsi tərəfindən Rusiyadan icarəyə götürülüb. Hadisə yerinə axtarış-xilasetmə qrupu cəlb olunub.

 

Qəzanın ilkin səbəbi hələlik məlum deyil. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir