Modern.az

Bakıda 550 küçə dezinfeksiya edilib

Bakıda 550 küçə dezinfeksiya edilib

Aktual

14 Avqust 2021, 17:29

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən elan edilmiş ümumşəhər dezinfeksiya həftəsi çərçivəsində avqust ayının 14-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı paytaxtda 550 küçə dezinfeksiya olunub.

 

Bu barədə Modern.az-a BŞİH-in Mətbuat xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.

 

Vətəndaşlardan bir daha xahiş olunur ki, koronovirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi