Modern.az

Kürdəmirdə ağır qəza: 3 ölü, 2 yaralı

Kürdəmirdə ağır qəza: 3 ölü, 2 yaralı

Aktual

14 Avqust 2021, 18:03

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.

 

“Mercedes-Benz” markalı maşın arxadan yük avtomobilinə çırpılıb. Nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

 

 Ölən və xəsarət alanların hamısı bir ailənin üzvləridir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı