Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya başsağlığı verib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri "Twitter"də paylaşım edib.
"Kahramanmaraşda yanğının qarşısının alınması zamanı baş verən faciəli təyyarə qəzasında türk və rus ekipajının itkisi xəbərinə dərindən kədərləndim. Millətimizin başı sağ olsun, Rusiya xalqına da başsağlığı veririk. Onların qəhrəman fədakarlıqları unudulmayacaq", - Çavuşoğlu bildirib.
Xatırladaq ki, bu gün Türkiyənin Kahramanmaraş vilayətində baş verən meşə yanğınlarını söndürən Rusiyanın "Be-200" təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində səkkiz nəfər olub: beş Rusiya hərbiçisi və yanğınların söndürmə mərkəzlərini göstərən üç Türkiyə nümayəndəsi. Onların hamısı həlak olub.