Modern.az

Millimizin futbolçusu "Bursaspor"da

Millimizin futbolçusu "Bursaspor"da

Aktual

14 Avqust 2021, 19:17

Türkiyənin "Bursaspor" klubu Azərbaycan millisinin futbolçusu Namik Ələskərov ilə müqavilə imzalayıb.

 

Modern.az xəbər verir ki, Türkiyənin Birinci liqa təmsilçisi bununla bağlı sosial media səhifəsində paylaşım edib.

 

26 yaşlı yarımmüdafiəçi ilə imzalanmış müqavilənin detalları barədə məlumat verilməyib.

 

Qeyd edək ki, Namik Ələskərov 2017-ci ildən “Neftçi”də çıxış edib.

 

O, 2020/2021-ci il mövsümündə Bakı təmsilçisinin heyətində Azərbaycan Premyer Liqasının qalibi olub.

 

Yarımmüdafiəçi həmin mövsüm 19 qolla çempionatın bombardiri adını qazanıb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İlham Əliyev Türkiyəyə getməyəcək - Səbəblər açıqlandı