Bu gün “Sabah”-”Səbail” oyunu ilə Azərbaycan Premyer Liqasının yeni mövsümünə start verilib.
Modern.az xəbər verir ki, otuzuncu mövsümün ilk matçına “Bank Respublika Arena”a ev sahibliyi edib.
Baş hakim Rəşad Əhmədovun idarə etdiyi matçda “Səbail” minimal hesablı qələbə qazanıb - 1:0.
Matçın 30-cu dəqiqəsində “Səbaill”in futbolçusu Yurgen Qoxa fərqlənib.
Günün son oyununda Azərbaycan kubokunun son finalçıları - “Keşlə” və “Sumqayıt” üz-üzə gələcək. “ASK Arena”dakı matçın baş hakimi Kamal Umudlu olacaq. Oyun saat 20:30-da start götürəcək.