Modern.az

Gürcüstanda koronavirus tüğyan edir

Gürcüstanda koronavirus tüğyan edir

Aktual

15 Avqust 2021, 12:16

Gürcüstanda son sutkada daha 4314 nəfər koronavirusa yoluxub, 35 nəfər pandemiyanın qurbanı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi “stopgov.ge” saytı məlumat yayıb.

 

Bildirilib ki, ötən sutka ərzində daha 4519 nəfər sağalaraq evə buraxılıb. Bununla da Gürcüstanda COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 481 min 578 nəfər təşkil edib. Onların 421 min 532-si sağalıb, 6406-sı dünyasını dəyişib.

 

Hazırda ölkədə 53 min 614 aktiv koronavirus xəstəsi var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı