Modern.az

Taliban Kabilə döyüşsüz girmək üçün danışıqlara başladı

Taliban Kabilə döyüşsüz girmək üçün danışıqlara başladı

Aktual

15 Avqust 2021, 12:51

Radikal islamçı Taliban qruplaşmasının rəhbərliyi öz döyüşçülərinə Kabilə hücum etməmək əmri verib.

 

Modern.az TASS-a istinadən bildirir ki, bu barədə Taliban hərəkatının sözçüsü Zabihullah Mücahid Twitter səhifəsində bildirib.

 

Məlumata görə, Taliban rəhbərliyi Kabilə girişində gözləməyi və şəhərə hücum etməmək haqqında bəyanat yayıb. 

 

Vurğulanır ki, Taliban qoşunlarının şəhərə sülh yolu ilə daxil olması üçün hazırda ölkənin legitim hökuməti ilə danışıqlar aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı