Modern.az

Əfqanıstan prezidenti yaxın saatlarda istefa verəcək

Əfqanıstan prezidenti yaxın saatlarda istefa verəcək

Aktual

15 Avqust 2021, 14:00

Əfqanıstan Prezidenti Əşrəf Qaninin yaxın saat larda istefa verəcəyi gözlənilir. 

 

Modern.az bildirir ki, bu barədə “Al Arabiya telekanalı” məlumat yayıb.

 

Bildirilir ki, prezidentin bir neçə saat ərzində istefa verəcəyi və müvəqqəti hökumətin qurulacağı barədə məlumatlar var.

 

Telekanalın məlumatına görə, hakimiyyətin indiki Əfqanıstan hakimiyyətindən keçid administrasiyasına keçməsi bu gün ölkənin paytaxtındakı prezident sarayında baş tutacaq.

 

Bir müddət əvvəl isə Əfqanıstanın daxili işlər naziri vəzifəsini icra edən Abdul Sattar Mirzakval “Tolo News” telekanalının efirində "Kabilə hücum edilməyəcək, hakimiyyətin ötürülməsi sülh yolu ilə baş tutacaq" deyib.

 
 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı