Modern.az

Türkiyədə fəlakət qurbanlarının sayı yenə artdı

Türkiyədə fəlakət qurbanlarının sayı yenə artdı

Aktual

15 Avqust 2021, 16:28

Türkiyənin Kasatamonu bölgəsində sel fəlakətində ölən daha bir nəfərin cəsədi aşkarlanıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Bununla da Kastamonuda 49, Sinopta 9, Bartında isə bir nəfər olmaqla ümumilikdə 59 nəfər sel fəlakətinin qurbanı olub.

 

AFAD-dan sel fəlakəti nəticəsində xəsarət alan 8 yaralının xəstəxana şəraitində müalicə olunduğu bildirilib.

 

AFAD və digər aidiyyəti qurumların Türkiyənin şimalında xilasetmə tədbirləri davam edir.

 
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı