“Regionun, eləcə də Əfqanıstanın bir an öncə istiqrara qovuşması üçün hər cür cəhdlərimizi artıracağıq. Bu istiqamətdə Pakistanla əməkdaşlıq edəcəyik”.
Modern.az xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan deyib ki, Əfqanıstanda gedərək artan gərginlik, Talibanın Kabildə rəhbərliyi ələ keçirməsi Pakistana da öz təsirini göstərdiyinə görə, bu məsələdə İslamabadın üzərinə önəmli vəzifə düşür:
“Pakistan 2 milyarddan çox əhalisi olan Cənubi Asiyada çox mühüm əhəmiyyət daşıyan ölkələrdəndir. Regionun üzləşdiyi problemlərin həlli yalnız Pakistanın müdaxiləsi sayəsində həll edilə bilər”.
Türkiyə Prezidenti son dövrlər İran üzərindən Əfqanıstandan yeni bir köç dalğasının ölkəsinə doğru gəldiyini və bunun getdikcə artdığını vurğulayıb: “Türkiyə Əfqanıstan mənbəli köç dalğası ilə üz-üzədir”.