Futbol üzrə Azərbaycan Premyer Liqasında birinci tura yekun vurulub.
Modern.az xəbər verir ki, günün son matçında son çempion "Neftçi" "Qəbələ"ni qəbul edib.
Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, bu gün keçirilmiş “Zirə” – “Qarabağ” matçında da qalib müəyyənləşməyib - 1:1. İlk oyun günündə “Səbail” səfərdə “Sabah”ı 1:0, “Sumqayıt” isə “Keşlə”ni 2:0 hesabı ilə üstələyib.