Modern.az

Şəhid və qazi övladları Heydər Əliyev Mərkəzində - FOTOLAR

Şəhid və qazi övladları Heydər Əliyev Mərkəzində - FOTOLAR

Aktual

16 Avqust 2021, 14:57

Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhid və qazi övladları Bakı şəhərinə səfər ediblər. Yola düşməmişdən öncə Naftalanda Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

 

İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, Bakıya səfər zamanı ziyarətçilər Heydər Əliyev Mərkəzində olublar. Onlara mərkəzin ekspozisiya zalında Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar nümayiş etdirilib, foto, video materiallar və digər ünikal eksponatlar təqdim olunub.

 

Sonra Şəhidlər Xiyabanında ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edərək şəhid olmuş qəhrəmanlarımızın xatirəsi yad edilib.

 

Millətimizin tarixi qalibiyyətinin simvollarından birinə çevrilən Hərbi Qənimətlər Parkını böyük qürur və fəxr hissi ilə ziyarət ediblər. 44 günlük Vətən müharibəsi dönəmində müzəffər ordumuzun düşməndən ələ keçirdiyi hərbi qənimətlərlə tanış olublar. Ordumuzun güc və əzmini bir daha göstərən Hərbi Qənimətlər Parkından qürurverici təəssüratlarla ayrılan qonaqlara Parkın yaradılmasının Vətən müharibəsində “Dəmir Yumruq” hesabına qazanılmış Şanlı Zəfərin gələcək nəsillərə ötürülməsi üçün məlumatlar verilib.

 

Uşaqların əyləncəsini təmin etmək üçün müxtəlif proqramlar təşkil olunub və  McDonald’s restoranında nahar edilib, restoran  tərəfindən uşaqlara hədiyyələr təqdim edilib. Şəhid və qazi övladlarını müşaiyət edən valideynləri  onların övladları üçün təşkil olunan tədbir üçün təşəkkür ediblər, onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək, daim yad olunmalarını razılıq hissi ilə qarşılayıblar.

 

Bu təşəbbüsün həyata keçirilməsində göstərilən yüksək təşkilati dəstəyə görə Heydər Əliyev Mərkəzinə, McDonald’s Azərbaycan şirkətinə və “Möcüzəli Naftalan“ müalicə mərkəzinə adımızdan təşəkkür edirik.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı