“Keçən Avropa çempionatında dörd qızıl medal qazanmışdıq, bu dəfə dörd final keçirdik. Təəssüf ki, Rumil Cəfərliyə qarşı qərəzli mövqe olduğundan, ən yüksək əyarlı nəticəmizi təkrarlaya bilmədik. Bu gümüş medal da qızıla çevrilsəydi, Azərbaycan ümumi komanda hesabında 45 ölkə arasında ikinci olacaqdı”.
Modern.az xəbər verir ki, bunu karate üzrə yeniyetmə və gənclərdən ibarət milli komandamızın baş məşqçisi Anar Allahverdiyev deyib.
Finlandiyanın Tampere şəhərində keçirilən Avropa çempionatında Azərbaycanın yeniyetmə və gənc karateçiləri üç qızıl, bir gümüş və üç bürünc medal qazanıb. Bu nəticə ilə Azərbaycan üçüncü yeri tutub:
Qeyd edək ki, Tamperedə Avropa çempionatından əvvəl Avropa Karate Federasiyasının (EKF) Hakimlər Komitəsinə imtahan verən hakimlərimizdən Mais Mədətov beynəlxalq dərəcəsini artırıb, Vüsal İsrafilov və Seymur Məmmədov isə sınaqlardan uğurla çıxaraq Azərbaycanın beynəlxlaq karate hakimlərinin sayını doqquz nəfərə çatdırıb.