Modern.az

“Qarabağ” “Neftçi”ni məğlub etdi

“Qarabağ” “Neftçi”ni məğlub etdi

Aktual

12 Sentyabr 2021, 22:22

Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

 

Modern.az xəbər verir ki, turun son oyununda “Neftçi” klubu “Qarabağ”ı qəbul edib.

 

“Bakcell Arena”da təşkil olunan qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

“Qarabağ”ın yeni transferi İbrahima Vadji 21-ci dəqiqədə İsmayıl Züfüqarlının səhvindən sonra hesabı açıb. Seneqallı hücumçu 45-ci dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb.

 

İkinci hissəyə meydan sahibəri daha fəal başlayıb. “Neftçi”nin kapitanı Emin Mahmudov 47-ci dəqiqədə hesab arasındakı fərqi azalda bilib. “Ağ-qaralar” bir neçə dəfə təhlükəli qol epizodu yaratsa da, istəyinə çata bilməyib.

 

Bu nəticədən sonra xallarının sayını 7-ə çatdıran “Qarabağ” “Qəbələ” ilə birlikdə ilk iki pilləni bölüşür, “Neftçi” isə 4 xalla 5-cidir.

 

Qeyd edək ki, günün digər matçında “Səbail” evdə “Sumqayıt”ı məğlub edib. Turun digər görüşlərində “Zirə” səfərdə “Keşlə”ni, “Qəbələ” isə “Sabah”ı 2:0 hesabı ilə üstələyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı