Modern.az

Rezidenturanın II mərhələsində iştirak üçün qeydiyyat başa çatıb

Rezidenturanın II mərhələsində iştirak üçün qeydiyyat başa çatıb

Aktual

17 Sentyabr 2021, 14:40

Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başa çatıb.

 

Modern.az-ın məlumatına görə, II mərhələdə iştirak üçün Azərbaycan bölməsi üzrə 708, rus bölməsi üzrə 105 nəfər qeydiyyatdan keçib.

 

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.

 

Qeyd edək ki, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının sentyabrın 26-da Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.

Whatsapp
Bizə yazın!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar