Modern.az

Keçmiş məhkumdan metamfetamin götürülüb

Keçmiş məhkumdan metamfetamin götürülüb

Aktual

18 Sentyabr 2021, 11:06

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən psixotrop maddələrin qanunsu dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat keçirilib.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Zaqatala şəhər sakini, əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Vasif Bagiryani şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan psixotrop maddə olan metamfetamin aşkarlanıb. Götürülmüş maddi sübut müvafiq ekspertizaya təqdim olunub.


Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı