Modern.az

Eldar Əzizov polis generalına vəzifə verib? - Meriyadan REAKSİYA

Eldar Əzizov polis generalına vəzifə verib? - Meriyadan REAKSİYA

Aktual

20 Sentyabr 2021, 15:12

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun təqaüddə olan polis generalına vəzifə verdiyi barədə xəbər yayılıb.

 

Modern.az xəbər verir ki, "Qaynarinfo”nun məlumatına görə, Eldar Əzizovun müvafiq əmri ilə polis general-mayoru Sahib Mirzəyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müşaviri təyin olunub.

 

Polis general-mayoru Sahib Mirzəyev bundan əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhqiqatlar İdarəsinin rəisi olub. O, ötən ilin iyulunda Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə təqaüdə göndərilib.

 

Modern.az xəbəri dəqiqləşdirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidməti ilə əlaqə saxlayıb. Lakin qurumdan bu haqda açıqlama vermək istəməyiblər: "Təyinat olsa, açıqlama veriləcək".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı