Modern.az

Təhsil müəssisələrində dezinfeksiya işləri aparılır - FOTOLAR

Təhsil müəssisələrində dezinfeksiya işləri aparılır - FOTOLAR

Aktual

20 Sentyabr 2021, 15:34

Naftalan şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq müvafiq sanitar-gigiyenik normalara və pandemiya qaydalarına uyğun olaraq dezinfeksiya işləri aparılıb.

 

Koronavirusla bağlı qabaqlayıcı tədbirlərin görülməsi, sanitar-epidemioloji işlərin aparılması və koronavirus təhlükəsinin qarşısının alınması məqsədilə məktəblərdə müəllim heyyəti və texniki işçilər hazırkı şəraitdə işləmək qaydaları barədə bir daha təlimatlandırılıb. Müəssisələrin sinif və digər otaqları təmizlənib, otaqların havalandırılması və təlimata uyğun Naftlan şəhər GEM tərəfindən dezinfeksiya tədbirləri həyata keçirilib.

 

Bundan əlavə məktəblər xüsusi dezinfeksiyaedici məhlullarla təmin olunub və təhsil müəssisələrinin girişində quraşdırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...