Modern.az

Bayden və Quterriş Nyu-Yorkda görüşdülər - FOTO

Bayden və Quterriş Nyu-Yorkda görüşdülər - FOTO

Aktual

21 Sentyabr 2021, 08:58

BMT-nin baş katibi Antoniu Quterriş və ABŞ Prezidenti Cozef Bayden Nyu-Yorkda görüş keçirirlər.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ prezidentini müşayiət edən jurnalist Sebastyan Smitin tvitterdəki səhifəsində bildirib.

 

ABŞ və BMT rəhbərlərinin pandemiya, iqlim dəyişikliyinə qarşı mübarizə, Əfqanıstanda yaranmış vəziyyəti müzakirə edəcəkləri gözlənilir.

 

Çərşənbə axşamı Quterriş və Bayden BMT Baş Assambleyasının ümumsiyasi müzakirəsində çıxış edəcəklər.

 

Qeyd edək ki, ABŞ rəhbəri BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka gəlib. Bayden sentyabrın 21-də səhər BMT Baş Assambleyasında çıxışından sonra Ağ Evə qayıdacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı