Modern.az

Tramp "Twitter"i məhkəməyə verdi

Tramp "Twitter"i məhkəməyə verdi

Aktual

2 Oktyabr 2021, 11:15

ABŞ-ın keçmiş prezidenti Donald Tramp "Twitter" hesabının müvəqqəti qaytarılması üçün Florida ştat məhkəməsinə müraciət edib.

 

Modern.az-ın məlumatına görə, bu barədə "Bloomberg" agentliyi yazır.

Qeyd olunur ki, D.Tramp hesabın tam qaytarılması ilə bağlı məhkəmə çəkişməsinin davam etdiyi müddət ərzində "Twitter" səhifəsinin müvəqqəti aktivləşdirilməsini tələb edir.

 

D.Tramp öz hesabının siyasi rəqiblərinin təzyiqi ilə bağlandığını bildirib.

Xatırladaq ki, ABŞ-ın sabiq prezidentinin "Twitter" hesabı, eləcə də digər sosial şəbəkə səhifələri bu ilin əvvəlində ABŞ Konqresinə hücumdan sonra bağlanmışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...