Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun növbəti oyunu keçirilib.
Modern.az xəbər verir ki, günün ilk matçında “Keşlə” “Sabah”ı qəbul edib.
“ASK Arena”dakı qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk qələbəsini qazanan “Keşlə” 4 xalla 7-ci pilləyə yüksəlib. “Sabah” isə 1 xalla sonuncu - 8-ci yerdədir.
Qeyd edək ki, günün digər görüşündə “Neftçi” “Səbail”in qonağı olacaq. İlk oyun günündə “Zirə” evdə “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. Tura oktyabrın 3-də oynanılacaq “Qarabağ” - “Qəbələ” qarşılaşması ilə yekun vurulacaq.