Modern.az

Ermənistan Baş Qərargah rəisinin müavini həbs edildi

Ermənistan Baş Qərargah rəisinin müavini həbs edildi

Aktual

2 Oktyabr 2021, 20:31

İrəvanın Ümumi Məhkəməsi Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Stepan Qalstyan haqqında iki ay həbs qətimkan tədbiri seçilib.

 

Modern.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

 

Qalstyan Ermənistan Silahlı Qüvvələrinin ehtiyacları üçün silah təchizatında xüsusilə geniş miqyasda sui-istifadə və mənimsəmə işi çərçivəsində Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etəkdə və saxtakarlıqda ittiham olunur.

 

Eyni iş üzrə keçmiş müdafiə naziri David Tonoyan və silah tədarükçüsü David Qalstyan məsuliyyətə cəlb edilib. Onlar təxminən 4,6 milyon dollar mənimsəməkdə, ictimai təhlükəli hərəkətlər etməkdə və saxtakarlıq etməkdə şübhəli bilinirlər.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı