Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.
Modern.az xəbər verir ki, günün ikinci matçında son çempion “Neftçi” “Səbail”in qonağı olub.
Qarşılaşma “Neftçi”nin 3:1 hesablı qələbəsi ilə başa çatıb
Qələbə sayəsində xallarının sayını 13-ə çatdıran “Neftçi” birinci pilləyə yüksəlib. Bir oyun az keçirən “Qəbələ” və “Qarabağ” 11 xalla 2-3-cü yerləri bölüşdürür. “Səbail” isə 6 xalla 5-ci sıradadır.
Qeyd edək ki, günün ilk görüşündə “Keşlə” evdə “Sabah”ı 2:0 hesabı ilə üstələyib. İlk oyun günündə “Zirə” evdə “Sumqayıt”ı məğlub edib - 1:0. Tura oktyabrın 3-də oynanılacaq “Qarabağ” - “Qəbələ” qarşılaşması ilə yekun vurulacaq.