Gürcüstanda bu gün keçirilmiş yerli özünüidarəetmə seçkilərində seçicilərin 51,92 %-i iştirak edib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb..
Səsvermə hüququndan 1 815 776 seçici istifadə edib.
Soydaşlarımızın kompakt yaşadıqları Kvemo Kartli bölgəsində yerli seçkilərdə 187 066 seçici iştirak edib. Bölgə üzrə seçici fəallığı 47 % olub.
Marneulidə bu göstərici 47,29 % (47 331 seçici), Qardabanidə 42,75 % (30 721 seçici), Bolnisidə 43,56 % (24 352 seçici), Dmanisidə 57,23 % (13 167 seçici), Tsalkada 45,18 % (9 201 seçici), Tetritskaroda 50,54 % (10 240 seçici) təşkil edib.
Regionun mərkəzi Rustavi şəhərində səsvermə prosesinə 52 054 seçici qatılıb. Bu, 48,7 % seçici fəallığı deməkdir.
Akif İsmayılov