"Seçkilərin nəticələrinin hesablamaları davam etdiyi üçün təxmini deyə bilərik ki, 10-dan artıq rayon və şəhərlərdə seçkilərin ikinci turu keçirilə bilər". 2
Modern.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə "Gürcü Arzusu"nun icraçı katibi Mamuka Mdinaradze açıqlama verib.
O, qeyd edib ki, ölkə qanunlarına hörmətlə yanaşaraq hesablamaların nəticələrini gözləmək lazımdır. Midnaradze həmçinin Tbilisidə aparılan "exit -poll"un nəticələrinə diqqət çəkərək bildirib ki, "exit -poll"un nəticələri Kaxa Kaladzenin səs faizlərini 51%-dən bir qədər çox göstərir.
O, bildirib ki, buna baxmayaraq konkret söz demək çətindir və MSK-nın yekun açıqlamasını gözləmək lazımdır.
Turan