Modern.az

Sumqayıt sakini binanın damından yıxıldı

Sumqayıt sakini binanın damından yıxıldı

Aktual

3 Oktyabr 2021, 11:19

Sumqayıtda bədbəxt hadisə ölümlə nəticələnib. Şəhərin Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yaşayış binasının damına çıxan 1986-cı il təvəllüdlü Sərxanov Rauf Məmmədalı oğlu internet şəbəkəsində yaranan problemi aradan qaldırmaq istəyərkən oradan yıxılıb.

 

Modern.az xəbər verir ki, ağır xəsarətlər alan 35 yaşlı kişi ölüb. Meyit aidiyyatı üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...