Modern.az

Saakaşvili seçkilərdə böyük fərqlə məğlub olur - Kobaxidze

Saakaşvili seçkilərdə böyük fərqlə məğlub olur - Kobaxidze

Aktual

3 Oktyabr 2021, 13:24

Hakim "Gürcü Arzusu" partiyası yerli seçkilərdə nəticələrin 85%-ni hesablanandan sonra 47,9% səs toplayaraq qalib gəlir.

 

Modern.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə partiyanın lideri İraqli Kobaxidze keçirdiyi brifinqdə bildirib.

 

Kobaxidze, partiyasının "böyük bir qələbə" qazandığını söyləyib.

 

Onun sözlərinə görə, müxalif "Vahid Milli Hərəkat" partiyası 30,7% səs toplayıb.

 

"20 bələdiyyədə seçkilərin ikinci turu keçiriləcək. Təəssüf ki, bunlardan biri Tbilisidir, lakin biz əminik ki, namizədimiz Kaxa Kaladze ikinci turda mütləq qalib gələcək", - deyə o bildirib.

 

Gürcüstan MSK seçkilərin yekun məlumatlarını yaxın saat ərzində dərc edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...