Modern.az

Türkiyədə avtobus qəzası: ölənlər var

Türkiyədə avtobus qəzası: ölənlər var

Aktual

3 Oktyabr 2021, 13:35

Türkiyənin şimalında yerləşən Bartın şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, avtobusun idarəetməni itirərək aşması nəticəsində şəhərin bələdiyyə sədrinin köməkçisi Ahmet Komeç də daxil olmaqla 2 nəfər ölüb. 17 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı vurğulanır.

 

Bildirilib ki, avtobus MHP Regional Müşavirə Toplantısında iştirak edəcək şəxsləri daşıyırmış və Ankaraya gedən yolun Esenyurt mövqeyində idarəetmədən çıxıb.

 

Qeyd edək ki, bələdiyyə sədri Cemal Akın da qəza vaxtı avtobusda olub. Onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi